Rusiyada buz kütləsi körpünü iki hissəyə ayırıb

· 1 mənbə

Rusiyanın Kemerovo vilayətində güclü su axını və buz kütləsi Tom çayı üzərindəki ponton körpünü iki hissəyə ayırıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə vilayətin Mayzas qəsəbəsində qeydə alınıb.

Rusiya mediasında yayılan görüntülərdən insidentin hərəkətdə olan avtomobilin körpünün üzərini tərk etməsindən qısa zaman sonra baş verdiyini görmək mümkündür.

Buz kütləsinin ikiyə ayırdığı körpünün bir hissəsini isə su axını aparıb.

Həmin görüntüləri təqdim edirik:

Mənbə: Qafqazinfo · 25.11.2026, 11:05 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo saytında oxu