Rusiyanın 2027-ci il büdcəsi qəbul edildi - Gəlirlər və xərclər

· 1 mənbə

Rusiya Dövlət Duması 2027-ci il üçün federal büdcə haqqında qanunu, eləcə də 2028-2029-cu illəri əhatə edən planlaşdırma dövrünün büdcəsini üçüncü və sonuncu oxunuşda qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qanuna əsasən, 2027-ci ildə Rusiyanın federal büdcəsinin gəlirləri 43,3 trilyon rubl, xərcləri isə 48,7 trilyon rubl təşkil edəcək.

2028-ci ildə büdcə gəlirlərinin 45,8 trilyon rubl, xərclərinin 50,9 trilyon rubl, 2029-cu ildə isə müvafiq olaraq 48,6 trilyon və 53,9 trilyon rubl olacağı proqnozlaşdırılır.

Federal büdcə kəsirinin 2027-ci ildə 5,4 trilyon rubl, 2028-ci ildə 5,1 trilyon rubl, 2029-cu ildə isə 5,3 trilyon rubl səviyyəsində olacağı gözlənilir.

Büdcə proqnozuna əsasən, Rusiyanın neft-qaz gəlirləri 2027-ci ildə 7 trilyon rubl, 2028-ci ildə 7,633 trilyon rubl, 2029-cu ildə isə 7,726 trilyon rubl təşkil edəcək.

Xarici dövlət borcunun yuxarı həddi isə 2028-ci il yanvarın 1-nə 66,4 milyard dollar (56,8 milyard avro), 2029-cu il yanvarın 1-nə 64,8 milyard dollar (55,4 milyard avro), 2030-cu il yanvarın 1-nə 60,9 milyard dollar (51,6 milyard avro) olacaq.

2027-2029-cu illər üçün inflyasiyanın 4 faiz səviyyəsində proqnozlaşdırıldığı bildirilir.

Qanuna əsasən, 2027-ci ildə Rusiyada adambaşına yaşayış minimumu 20 227 rubl olacaq.

Əmək qabiliyyətli əhali üçün bu göstərici 22 047 rubl, pensiyaçılar üçün 17 395 rubl, uşaqlar üçün isə 19 620 rubl müəyyən edilib.

Mənbə: Modern.az · 24.11.2026, 15:23 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu