Rusiyaya kütləvi PUA hücumu: Bir gündə 1612 dron vuruldu
· 1 mənbə
Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri sutka ərzində 1612 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Hava hücumundan müdafiə vasitələri ilə təyyarə tipli 1 612 pilotsuz uçuş aparatı vurulub", - deyə nazirliyin açıqlamasında bildirilir.
Xatırladaq ki, bazar günü səhər saatlarında Bryansk regionunun qubernatoru Yeqor Kovalçuk son 24 saat ərzində Bryansk vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus təxminən 420 PUA-nın zərərsizləşdirildiyini açıqlamışdı. Daha 281 dronun isə Kursk vilayəti səmasında vurulduğu bildirilir. Vilayətin Rılsk rayonunda hücum nəticəsində iki avtomobil, iki fərdi yaşayış evi və bir təsərrüfat tikilisi zərər görüb.
Müəllif: Tural
Mənbə: Publika.az · 29.11.2026, 13:40 · orijinal məqalə