“Saab” Ukraynaya 450 milyon avroluq radar sistemləri tədarük edəcək

· 1 mənbə

Bakı. Trend:

İsveçin müdafiə sənayesi şirkəti “Saab” Ukraynaya “Giraffe 1X” radiolokasiya sistemlərinin tədarükü ilə bağlı 450 milyon avro dəyərində müqavilə imzalayıb.

Müqavilə Ukraynanın Müdafiə Nazirliyi ilə bağlanıb.

Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan radar sistemlərinin tədarükünün 2027-ci ildə həyata keçirilməsi planlaşdırılır.

“Giraffe 1X” müxtəlif platformalarda istifadə oluna bilən və qısa müddətdə yerləşdirilməsi mümkün olan kompakt üçölçülü radiolokasiya sistemidir.

Radar hava məkanını 360 dərəcə əhatə etməklə hərtərəfli müşahidə imkanı yaradır. Sistem təyyarələr, raketlər, artilleriya və minaatan mərmiləri, eləcə də pilotsuz uçuş aparatları daxil olmaqla, müxtəlif hava təhdidlərini aşkar etmək, izləmək və təsnifləşdirmək qabiliyyətinə malikdir.

Sistem hədəflər barədə məlumatları hər saniyə yeniləyir. Bu, hətta müşahidə üçün mürəkkəb şəraitdə belə operatorlara yaranan təhdidlərə operativ reaksiya verməyə imkan yaradır.

Mənbə: Trend · 29.11.2026, 13:57 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu