Sabah Cəlilabad şəhərinin 22 küçəsində qaz olmayacaq
· 2 mənbə
Sabah Cəlilabad şəhərinin 22 küçəsində qaz olmayacaq.
Bu barədə "Report"un Muğan bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, 25 noyabr saat 14:00-dan etibarən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 1500 abonentin (H.Əliyev prospekti, Z.Əliyeva, A.Azərtürk, Cavadxan, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, M.Ə.Sabir, Babək, Ş.Qurbanov, H.Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Ə.Abdullayev, V.Niftullayev, D.Qorqud, V.Mürsəlov və S.Vurğun küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.
Mənbə: Report · 24.11.2026, 19:11 · orijinal məqalə
Bu barədə kim yazır
Milli.az
Sabah Cəlilabadda qaz olmayacaq