Sakit Orduxanlı vəfat etdi
· 1 mənbə
Cəlilabadın tanınmış şairi, yazıçı-publisist və veteran jurnalist Sakit Orduxanlı (Sakit Şükür oğlu Abdullu) dünyasını dəyişib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bu gün 65 yaşında vəfat edib.
Qeyd edək ki, Sakit Orduxanlı 1961-ci il sentyabrın 5-də Cəlilabad rayonunun Cəfərli kəndində anadan olub. Orta təhsilini Biləsuvar rayonunda başa vurduqdan sonra Cəlilabad Sovxoz Texnikumunda təhsil alıb. Uzun illər Cəlilabad rayonunun ictimai-mədəni və ədəbi mühitində fəal iştirak edib, mətbuat sahəsində çalışıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə: Milli.az · 28.11.2026, 16:58 · orijinal məqalə
Bu barədə kim yazır
Milli.az
Sakit Orduxanlı vəfat etdi