Sankt-Peterburq səhəri dron həyəcanı ilə açdı
· 1 mənbə
Noyabrın 27-də Leninqrad vilayəti üzərində otuz pilotsuz uçuş aparatı (PUA) vurulub.
Publika.az xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib.
O, hücum əməliyyatlarının davam etdiyini deyib.
“Bir saat əvvəl Leninqrad vilayəti üzərində 10 dron məhv edildi . Səhər saat 5:10 ilə 6:15 arasında onların sayı üç dəfə artdı”, - qubernator deyib.
Bölgənin hava məkanında dron həyəcanı verilib. Qubernator mobil internet sürətində mümkün yavaşlamalar barədə xəbərdarlıq edib.
"Fontanka"nın məlumatına görə, Sankt-Peterburqda da dron həyəcanı elan edilib. Şimal paytaxtının sakinləri yüksək səslər eşidirlər. Sankt-Peterburqun Pulkovo hava limanında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Müəllif: Tural
Mənbə: Publika.az · 27.11.2026, 09:24 · orijinal məqalə