Səhiyyə nazirinə yeni müşavir təyin edildi - Özəl
· 3 mənbə
Töhfə Ramiz qızı Cəmilova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsindən azad edilib.
“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, o, səhiyyə nazirinin müşaviri təyin edilib.
Qeyd edək ki, Töhfə Cəmilova 2026-cı ildən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda İdarə Heyəti sədrinin müşaviri, daha sonra isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparatında Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2026-cı ilin may ayında TƏBİB-in İcraçı direktorunun müşaviri təyin edilib.
Mənbə: Qafqazinfo · 24.11.2026, 20:14 · orijinal məqalə
Bu barədə kim yazır
Qafqazinfo
Səhiyyə nazirinin yeni müşaviri təyin edildi