Serbiyada prezident seçkilərinin keçiriləcəyi tarix bəlli olub
· 1 mənbə
Bakı.Trend:
Serbiyada növbədənkənar prezident seçkiləri dekabrın 27-də keçiriləcək.
"İnterfaks"ın məlumatına görə, bu barədə ölkə parlamentinin spikeri və dövlət başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Çupiç bildirib.
“Konstitusiyanın müvafiq maddəsinə uyğun olaraq Serbiya Respublikasının prezident seçkilərini təyin edirəm. Seçkilər dekabrın 27-də keçiriləcək”, – deyə Çupiç müvafiq qərarı imzaladıqdan sonra bildirib.
Qeyd edək ki, sentyabrın 27-də Aleksandr Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcəyini açıqlamışdı. Siyasətçinin sözlərinə görə, o, növbədənkənar parlament seçkilərinədək sadə vətəndaş kimi yaşamağı planlaşdırır.
Mənbə: Trend · 26.11.2026, 16:03 · orijinal məqalə