Səudiyyə Ərəbistanı husilərin buraxdığı ballistik raketi zərərsizləşdirib

· 1 mənbə

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Cizan vilayətinin Əş-Şuqayq şəhəri istiqamətində buraxılan ballistik raketi havada zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə Ər-Riyadın rəhbərlik etdiyi ərəb koalisiyasının rəsmi nümayəndəsi Türki əl-Maliki "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, raket ələ keçirildikdən sonra qalıqları yerə düşüb. Hadisə nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb.

Əl-Maliki vurğulayıb ki, mülki şəxslərə və obyektlərə qarşı istənilən hücum cəhdinə cavab veriləcək.

Mənbə: Report · 28.11.2026, 18:56 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu