Şimali Kiprdə gəmi qəzasına görə daha bir Azərbaycan vətəndaşı saxlanılıb
· 3 mənbə
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəminin qəzaya uğraması nəticəsində 26 nəfər ölüb, 239 nəfər xilas olunub. İtkin düşmüş daha bir sərnişinin isə axtarışı davam edir. Hadisə ilə bağlı üçü Azərbaycan vətəndaşı olmaqla, 9 nəfər saxlanılıb.
Başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində ittiham maddəsi dəyişdirilib. Cinayət işinin əvvəlində təqsirləndirilən şəxslərə qarşı "ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma" ittihamı irəli sürülsə də, bu gün ittiham "adam öldürmə" maddəsi ilə əvəzlənib. (report)
Mənbə: Xəzər Xəbər · 26.11.2026, 16:00 · orijinal məqalə