Şiri ovladı, çiynində daşıdı: Azərbaycanlı ovçudan VİDEO
· 1 mənbə
Bakı.Trend:
Dünya şöhrətli azərbaycanlı ovçu Faiq Babanlının Afrikada şir ovladığını əks etdirən görüntülər yayılıb.
Trend xəbər verir ki, görüntülərdə Faiq Babanlının ovladığı şiri çiynində daşıdığı görünür.
Ovçu ovun qanun çərçivəsində həyata keçirildiyini bildirib.
Qeyd edək ki, Faiq Babanlı 1977-ci il yanvarında 9-da anadan olub. O, sosial şəbəkə hesablarında dünyanın müxtəlif ölkələrində ovladığı heyvan görüntülərini paylaşır. Bu vaxta qədər Faiq Babanlı nadir balıq və quş növləri, timsah, pələng, şir, leopard, fil və s. heyvanlar ovlamağa çalışdığı görüntülər paylaşıb.
Mənbə: Trend · 24.11.2026, 13:09 · orijinal məqalə