Sosial tədqiqat layihələrində iştirak edən “Datahub” ləğv olunur
· 1 mənbə
“Datahub” MMC ləğv olunduğunu elan edib. Şirkətin kreditorları tələblərini iki ay ərzində bildirə bilərlər.
Banker.az xəbər verir ki, elanda müraciət ünvanı kimi Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28, mənzil 19 (AZ1025) göstərilib.
Qeyd edək ki, “Datahub” MMC sosial tədqiqat layihələrində iştirak edib. Avrasiya Əməkdaşlıq Fondunun məlumatına görə, şirkət fondla birlikdə “Qadınların Səsinin Aşkarlanması” təşəbbüsünü həyata keçirib. Təşəbbüs çərçivəsində gender bərabərliyi və dayanıqlı inkişaf üzrə araşdırmalar, eləcə də Mingəçevir, Şirvan və Quba-Xaçmazda yerli vətəndaş cəmiyyəti təşəbbüsləri dəstəklənib. epfound.az
Şirkət 7 mart 2018-ci ildə Bakıda 10 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb.
Mənbə: Banker.az · 24.11.2026, 14:41 · orijinal məqalə