Sular çəkildi, 5 il əvvəl batmış kənd üzə çıxdı
· 1 mənbə
Türkiyənin Qars vilayətinin Sarıqamış rayonundakı “Karakurt” SES su anbarında suyun səviyyəsinin enməsi nəticəsində əvvəllər su altında qalmış Karakurt kəndi yenidən üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, rayondan 28 kilometr məsafədə Dövlət Su İşləri (DSİ) tərəfindən inşa edilmiş “Karakurt” SES su anbarı 2020-ci il fevralın 8-də su toplamağa başladıqdan sonra kənd tamamilə su altında qalmışdı.
Son günlər suyun səviyyəsinin azalması və bənd qapılarının qismən açılması ilə sular çəkildikcə kənddəki evlər, məscid, kilsə və bəzi tarixi tikililər görünməyə başlayıb.
Qars–Ərzurum avtomobil yolunun üzərində yerləşən kənddə üzə çıxan binalar dronla lentə alınıb.
Həmin görüntüləri təqdim edirik:
Mənbə: Qafqazinfo · 29.11.2026, 12:55 · orijinal məqalə