Sulutəpədə ev yandı - VİDEO

· 1 mənbə

Bakıda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən xəbərə görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Aran küçəsində qeydə alınıb.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 300kv.m. olan kürsülü ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənərək bitişik yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsi 150kv.m. sahədə, dam örtüyü və pilləkən qəfəsi yanıb.

Fərdi yaşayış evinin birinci mərtəbəsi və bitişik yerləşən tikililər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Mənbə: Modern.az · 23.11.2026, 20:43 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az Sulutəpədə ev yandı - VİDEO

Modern.az saytında oxu