Tanınmış təhsil ekspertinə yeni vəzifə verildi
· 1 mənbə
Təhsil eksperti Məzahir Məmmədliyə yeni vəzifə verilib.
Modern.az xəbər verir ki, o, yeni yaradılan Təhsil Ekspertləri Mərkəzinin İdarə Heyətinin sədri seçilib.
Məzahir Məmmədli bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Qeyd edək ki, Təhsil Ekspertləri Mərkəzi bir qrup təhsil mütəxəssisi və təhsil mediası nümayəndələrinin təşəbbüsü ilə yaradılıb. Mərkəzin İdarə Heyətinə Adil Vəliyev, Əmrah Həsənli, Elmin Nuri, Elvin Bədirov, Ramin Nurəliyev, Rəşad Cabbar, Rizvan Fikrətoğlu, Tuqay Rzazadə, Vüsət Əzizov və Zöhrab Süleyman daxildir.
Mənbə: Modern.az · 25.11.2026, 10:27 · orijinal məqalə