Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı

· 1 mənbə

Bir neçə gün əvvəl polis tərəfindən saxlanılan tanınmış vəkil Orxan Kəngərli barəsində olan həbs qərarı ilə bağlı verdiyi şikayətə baxılıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, vəkilin müraciətinə Bakı Apelyasiya Məhkəməsində baxılaraq yekun qərar çıxarılmaqla Orxan Kəngərlinin şikayəti təmin olunmayıb. Vəkil həbsdə saxlanılıb.

Xatırladaq ki, Orxan Kəngərli noyabr 19-da saxlanılaraq barəsində Nərimanov Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılaraq 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 236.2.4-cü (Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə, zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə), 240.2.1-ci ( Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 240.2.2-ci (təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, vəkil Orxan Kəngərli "Alyans" vəkil bürosunun müdiridir.

Mənbə: Baku.ws · 26.11.2026, 17:01 · orijinal məqalə

Bu barədə kim yazır

Baku.ws saytında oxu