Tanınmış xanəndəyə ərindən efirdə romantik sürpriz
· 1 mənbə
Xalq mahnılarının tanınmış ifaçısı Kamilə Nəbiyeva özəl gününü qeyd edir.
Milli.Az xəbər verir ki, müğənninin bu gün 35 yaşı tamam olur.
Sənətçinin ad günü canlı efirdə də yaddaqalan anlarla müşayiət olunub. Belə ki, həyat yoldaşı ona gözlənilməz sürpriz hazırlayaraq böyük bir gül dəstəsi göndərib.
Kamilə Nəbiyeva həyat yoldaşının bu romantik jesti ilə efirdə sevinc dolu anlar yaşayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə: Milli.az · 26.11.2026, 17:30 · orijinal məqalə