Tbilisidə binada partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb
· 1 mənbə
Tbilisinin Zemo Poniçala qəsəbəsində noyabrın 19-da baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə zamanı yanıq xəsarətləri alan 31 yaşlı İlya İsayev altı gündür müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Klinikadan bildirilib ki, bədəninin 87 faizi yandığından və aldığı digər xəsarətlər səbəbindən gəncin həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, hadisə zamanı ikisi uşaq olmaqla 6 nəfər həyatını itirib, 5 nəfər isə xəsarət almışdı. Faciə ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm günü idi.
Mənbə: APA · 25.11.2026, 11:59 · orijinal məqalə