Tələbələr arasındakı dava ilə bağlı iddialara universitetdən cavab
· 1 mənbə
Qarabağ Universiteti tələbələr arasında baş verən insidentlə bağlı yayılan məlumatlara münasibət bildirib.
Ali təhsil müəssisəsindən Publika.az-a verilən məlumata görə, Qarabağ Universitetinin tələbələri arasında baş verən mübahisə təhsil müəssisəsindən kənarda baş verib.
Hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verildiyi bildirilib.
"Sözügedən məsələ ilə əlaqədar heç bir tələbə Qarabağ Universitetindən qovulmayıb", - deyə qeyd olunub.
Qeyd edək ki, Qarabağ Universitetinin iki tələbəsi arasında qısqanclıq zəminində dava baş verdiyi bildirilirdi.
Mənbə: Publika.az · 23.11.2026, 20:36 · orijinal məqalə