Tıxacı azaltmaq üçün tikilən yolda işlər tamamlanmaq üzrədir - VİDEO

· 1 mənbə

Pik saatlarında iki böyük prospektin nəqliyyat yükünü azaltmaq üçün onlara paralel tikilən yolda işlər tamamlanmaq üzrədir.

Xezerxeber.az-ın məlumatına görə, Həsən Əliyev küçəsi - ''Koroğlu'' metrostansiyası avtomobil yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib.

Dövlət Proqramına əsasən, avtomobil yolunun Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malikdir. Bundan əlavə, 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir.

Mənbə: Xəzər Xəbər · 26.11.2026, 20:30 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər saytında oxu