Tramp NATO lideri ilə Ukrayna və İran ətrafındakı vəziyyəti müzakirə etdi
· 1 mənbə
ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə Amerika qoşunlarının Avropada yerləşdirilməsi məsələsini müzakirə etdiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
“Biz bunu ətraflı müzakirə etdik”, – deyə Tramp jurnalistlərə bildirib.
Görüş noyabrın 25-də axşam saatlarında ABŞ liderinin Floridadakı Mar-a-Laqo iqamətgahında baş tutub. Birgə bəyanata əsasən, Tramp və Rütte Ukraynadakı münaqişəni, İran ətrafındakı vəziyyəti, Haaqada və Ankarada keçirilən NATO sammitlərinin nəticələrini, eləcə də müdafiə xərclərinin artırılması məsələlərini müzakirə ediblər.
Sentyabrın 22-də Litva Prezidenti Gitanas Nauseda ABŞ-ın Litvaya yeni hərbi kontingent göndərdiyini bildirib.
Bundan əlavə, noyabrın 12-də Rumıniya Prezidenti Nikuşor Dan ABŞ hakimiyyətinə rəsmi təkliflə müraciət edərək, Rumıniya ərazisində yerləşdirilən Amerika hərbçilərinin saxlanılması xərclərinin bölüşdürülməsini və bir hissəsinin dövlət büdcəsi hesabına ödənilməsini təklif edib.
Hüseyn İbadlı
Mənbə: Publika.az · 27.11.2026, 08:36 · orijinal məqalə