Tramp özbək ustaların məharətinə valeh olub (FOTO)
· 1 mənbə
Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək inşaatçılara ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə Vaşinqtonda inşa edilən möhtəşəm taxta külafirəngi (köşk) görə təşəkkür edib.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
“Özbək ustalar ailələrini bir neçə ay müddətinə Özbəkistanda qoyaraq, çətin hava şəraitində 200 illik dağ qoz ağacından bu köşkləri məharətlə inşa ediblər. Onlar əsl istedada malik idilər!” – deyə Tramp qeyd edib.
ABŞ lideri, həmçinin köşklərin ictimai istifadəyə veriləcəyini bildirib. Onlar Vaşinqtonun mərkəzində, Cefferson Memorialının yaxınlığında yerləşdiriləcək. Tramp gələcəkdə bu köşklərin evlilik təklifi etmək istəyənlər üçün populyar məkana çevriləcəyinə ümid etdiyini vurğulayıb.
Mənbə: Trend · 25.11.2026, 12:54 · orijinal məqalə