Tsahkna: Estoniya Azərbaycan üçün viza məsələlərinin liberallaşdırılması prosesini dəstəkləyir
· 2 mənbə
Bakı. Trend:
Mən istərdim ki, Estoniya Avropa İttifaqı və Azərbaycan arasında viza prosesinin liberallaşmasına dəstək göstərsin.
Trend-in müxbiri xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Tsahkna Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfrasında çıxışı zamanı deyib.
Estoniyalı nazir qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan arasında olan münasibətlərdə perspektiv görür.
"Avropa İttifaqı və Azərbaycan arasında olan münasibətlərdə və Avropa İttifaqı daha çox praktik, uzunmüddətli əməkdaşlıqda maraqlıdır. Onlar Azərbaycana strateji baxışı olan bir ölkə kimi baxırlar və ticarət, energetika və digər sahələrdə əməkdaşlıq etmək istəyirlər. Mən də istərdim ki, Estoniya bu prosesə, vizalar prosesinin liberallaşmasına dəstək göstərsin. Biz sizin tələbələrinizi gəlməsini çox arzulayarıq, istəyirik onlar Estoniya ali təhsil müəssisələrində təhsil alsınlar. Həmçinin istəyərik ki, estoniyalılar da Azərbaycana daha çox gəlsinlər".
Mənbə: Trend · 27.11.2026, 12:57 · orijinal məqalə