Türkiyədə yeni HƏBS DALĞASI
· 1 mənbə
İstanbul Respublika Baş Prokurorluğu məşhurlara qarşı yeni narkotik əməliyyatına başlayıb.
Publika.az "Son Dakika"ya istinadla xəbər verir ki, 35 şübhəli barəsində saxlanılma qərarı verilib.
Məşhur müğənni Özcan Dəniz, aktyorlar Deniz Çakır və Burcu Özberk, təşkilatçı Erdal Bozkuş və rejissor Cem Karcının da saxlanıldığı bildirilir.
İstintaqın fahişəlik, narkotik vasitələrin qanunsuz dövriyyəsi, əldə edilməsi, istifadəsi və saxlanılması ittihamlarını əhatə etdiyi qeyd olunur.
Əməliyyatın davam etdiyi və saxlanılma tədbirlərinin həyata keçirildiyi bildirilir.
İstintaq çərçivəsində şübhəlilərin ifadələri, şahidlərin ifadələri, rəqəmsal materiallarla bağlı ekspert rəyləri və gizli şahidlərin ifadələri qiymətləndirilib.
Hüseyn İbadlı
Mənbə: Publika.az · 25.11.2026, 01:11 · orijinal məqalə