Türkiyənin 60 vilayətində əməliyyat keçirilib, 280 şübhəli saxlanılıb

· 1 mənbə

Araşdırmalar zamanı şübhəlilərin silahlı hücumlar, obyektlərin atəşə tutulması və yandırılması yolu ilə əhali arasında qorxu və təşviş yaratdıqları, qanunsuz silah alveri ilə məşğul olduqları müəyyən edilib. Həmçinin onların sosial şəbəkələr və kommunikasiya platformaları vasitəsilə cinayətkar qruplaşmalara yeni üzvlər cəlb etməyə, silahlı hücumlar üçün icraçılar tapmağa və təşkilatların təbliğatını aparmağa çalışdıqları aşkarlanıb. Əməliyyatlar zamanı çoxlu sayda silah və döyüş sursatı müsadirə edilib.

Mənbə: Xəzər Xəbər · 25.11.2026, 14:30 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər saytında oxu