Türkiyənin Rizə vilayətinə PUA düşüb, dörd evin pəncərələri sınıb

· 2 mənbə

Türkiyənin Rizə vilayətində düşən pilotsuz uçuş aparatının (PUA) partlaması nəticəsində dörd yaşayış evinin pəncərələrinə ziyan dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb.

barədə İHA agentliyi məlumat yayıb.

Hadisə gecə saatlarında Çayeli rayonunun Körpübaşı kəndində baş verib. Yerli sakinlər yaxınlaşan uçuş aparatının pərvanəsinə xas səs eşidiblər. Aparat yaşayış olmayan əraziyə düşərək partlayıb. Hadisə yerli vaxtla saat 01:30 radələrində baş verib və əhali arasında təşvişə səbəb olub. Partlayış nəticəsində dörd yaşayış evinin pəncərələrinin şüşələri sınıb.

Mənbə: Xəzər Xəbər · 29.11.2026, 14:30 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər Türkiyənin Rizə vilayətinə PUA düşüb

APA saytında oxu