UFC-də ikinci qələbəsini qazanan Tahir Abdullayev: "Bu turnirdə çıxış etmək arzum idi"
· 1 mənbə
UFC-də çıxış etmək Azərbaycan təmsilçisi Tahir Abdullayevin arzusu idi.
"Report"un məlumatına görə, bu barədə Mütləq Döyüş Çempionatında (UFC) növbəti qələbəsini qazanan Azərbaycanın MMA idmançısı onlayn mətbuat konfransında deyib.
29 yaşlı döyüşçü son qarşılaşması haqqında fikirlərini bölüşüb:
"Döyüşüm əla keçdi. Bütün planları yerinə yetirdik. Əsas qalib gəlmək idi. Görüşün ikinci raundda bitməsini istəyirik. UFC-də çıxış etmək hər zaman arzum idi. Son döyüşdəki çıxışımdan razı qaldım".
T.Abdullayev qarşılaşmaya yaxşı hazırlaşdığını vurğulayıb:
"Bəzi təşkilatlardan dəvətlər olsa da, qatılmamışam. Çəki atmaq bir az çətin oldu. Bir az səhvlər etmişdik. Əziyyət çəkdim, gücün çoxu çəki atanda getdi. Biz yalnız rinqdə rəqibik. Qarşılaşmadan sonra görüşdük".
Xatırladaq ki, Tahir Abdullayev Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində avstraliyalı Ceyk Metyuzu üç raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub edib.
O, UFC-də debütünü cari ilin iyununda Bakıda keçirilən turnirdə gerçəkləşdirib və braziliyalı Cefferson Nasimentoya qalib gəlib.
Mənbə: Report · 25.11.2026, 14:36 · orijinal məqalə