Vəzifəyə gəldikdən bir gün sonra öldürüldü
· 1 mənbə
İsrail Müdafiə Ordusu və ŞABAK HƏMAS-ın daxili təhlükəsizlik aparatının yeni təyin olunmuş rəhbərini və “Şimali Qəzza” briqadasının komandiri Məhəmməd Macid Əbu əl-Ufu öldürüb.
Publika.az xəbər verir ki, bu barədə İsrail qurumlarının birgə bəyanatında bildirilib.
Məlumata görə, Əbu əl-Uf “Əbu Həmzə” adı ilə tanınırdı. O, HƏMAS-ın daxili təhlükəsizlik aparatının əvvəlki rəhbəri Naim Əbu Nəhalın öldürülməsindən bir gün sonra zərərsizləşdirilib.
İsrail tərəfi onun öldürülməsinin HƏMAS-ın daxili təhlükəsizlik strukturunun idarəetmə imkanlarına zərbə vurduğunu bildirib.
Mənbə: Publika.az · 25.11.2026, 20:00 · orijinal məqalə
Bu barədə kim yazır
Publika.az
Vəzifəyə gəldikdən bir gün sonra öldürüldü