Xaçmaz rayonunda toxum emalı zavoduna baxış keçirilib (FOTO)

· 1 mənbə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri Aşağı Zeyid kəndində toxum emalı zavodunun fəaliyyəti ilə tanış olublar. İki hektara yaxın ərazini əhatə edən müəssisədə hazırda buğda və arpa toxumları emal olunur. Fermerlər öz məhsullarını müəssisəyə təhvil verir və təmizlənmiş şəkildə geri alırlar. Müəssisə saatda 5 ton buğda və 3 tona qədər arpa emal etmək gücünə malikdir. Gələcəkdə zavodun fəaliyyətinin genişləndirilməsi və yonca toxumu istehsalının təşkili nəzərdə tutulub.

Elnur Rzayev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı ətraflı məlumat verib.

Zavodun fəaliyyəti ilə tanışlıqdan sonra “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ərazidə ağacəkmə aksiyası təşkil olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə və müəssisə rəhbərləri, eləcə də sahibkarlar yerli iqlimə uyğun şam və meyvə ağacları əkiblər.

Mənbə: Trend · 28.11.2026, 13:44 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu