Xalq artisti 54 il əvvələ aid fotosunu paylaşdı
· 1 mənbə
Xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov sosial şəbəkə hesabında arxiv fotosunu yayımlayıb.
Milli.Az xəbər verir ki, sənətçinin izləyiciləri ilə bölüşdüyü nadir kadr 1972-ci ildə çəkilib. Foto bəstəkarın tələbəlik dövrünə aiddir.
Eldar Mansurov paylaşımında görüntünün Asəf Zeynallı adına Musiqi Məktəbinin qarşısında, o vaxtkı Qorki küçəsində lentə alındığını bildirib. Həmin vaxt bəstəkar təhsilinin dördüncü kursunda oxuyurmuş.
Arxiv fotosu sənətçinin gənclik illərinə səyahət etməsinə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə: Milli.az · 28.11.2026, 10:58 · orijinal məqalə