Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq
· 2 mənbə
Azərbaycandan xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq. Xezerxeber.az-ın xəbərinə görə, bu barədə məlumat Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Fərmanda öz əksini tapıb. Fərmana əsasən, Mərkəzi Banka tövsiyə edilib ki, xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydalarını dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Mənbə: Xəzər Xəbər · 25.11.2026, 14:19 · orijinal məqalə