Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb

· 3 mənbə

Yardımlıda məktəblinin meyiti tapılıb.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə rayonun Gendərə kəndində baş verib. Belə ki, ikinci sinif şagirdi Ə.Q. məktəbdən evə qayıtmayıb. Onun evə gəlmədiyini görən anası əvvəlcə uşağın babasıgilə getdiyini düşünüb. Lakin axtarışlar zamanı onun meyiti kənddəki körpünün altında aşkarlanıb.

İlkin ehtimala görə, Ə.Q. körpüdən yıxılaraq ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəbləri araşdırılır.

Mənbə: Report · 24.11.2026, 23:10 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu