Zaqatalada itkin düşən vətəndaşın axtarışları davam etdirilir - VİDEO
· 2 mənbə
Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə itkin düşdüyü ehtimal edilən 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlunun axtarışları davam etdirilir.
Axtarış tədbirləri Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və polis əməkdaşlarının birgə iştirakı ilə vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə həyata keçirilir.
Qeyd edək ki, axtarışlara FHN-in xüsusi təlim görmüş itləri də cəlb olunub.
Mənbə: APA · 26.11.2026, 15:06 · orijinal məqalə