Zelenski mövcud cəbhə xətti boyunca atəşkəsə razı olduğunu açıqlayıb

· 1 mənbə

Ukrayna Prezidenti Volodimir Zelenski diplomatik danışıqlara başlamaq məqsədilə mövcud cəbhə xətti boyunca atəşkəsə hazır olduqlarını bildirib.

BAKU.WS xəbər verir ki, o, bu barədə "Al Jazeera" telekanalına müsahibəsində danışıb.

Zelenski bildirib ki, Ukraynanın hazırkı mövqelərində dayanması və döyüşlərin dayandırılması Kiyev üçün böyük kompromisdir. Onun sözlərinə görə, bundan sonra münaqişənin diplomatik yollarla həlli istiqamətində addımlar atıla bilər.

Ukrayna lideri ABŞ Prezidenti Donald Trampın müharibənin başa çatdırılması üçün ədalətli həll yolu tapacağına ümid etdiyini də vurğulayıb.

Mənbə: Baku.ws · 29.11.2026, 13:20 · orijinal məqalə

Bu barədə kim yazır

Baku.ws saytında oxu