Bakıda çoxmərtəbəli binada yanğın olub, 4 nəfər xilas edilib

2f7635ca 6eb9 40b3 b689 9c25e843f413 118

Bakıda yanğın hadisəsi baş verib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 88 m² olan mənzildə çarpayı və yataq dəsti yanıb. Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.