20 sentyabr 2020-ci il tarixində Bakıda İnternational Fighting League (IFL) beynəlxalq döyüş liqasının təşkilatçılığı ilə MMA turniri keçiriləcək.
Oxu.Az-ın müxbiri turnirin çəkiölçmə mərasimində iştirak edib.
Heydər Məmmədəliyevin rəhbəri olduğu və ötən il yaradılmış IFL beynəlxalq döyüş liqasında bu idmançılar üz-üzə gələcək:
Yüngül çəki. Marat Səfərov — Şamil Nixaçov
Superyüngül çəki. Xəyal Qəhrəmanlı — Roman Məmmədov
Yarım-orta çəki. Tural Useynov — Elvin Nəcəfov
Yarım-yüngül çəki. Bayram Şəmmədov — Orxan Sadıqov
Ən yüngül çəki. Abdulfahad Əhmədi — Fərhad Zamanov
Ən yüngül çəki. Musa Musazadə — Toğrul Mikayılov
Yarım-orta çəki. Əliisgəndər Əliyev — Telman Süleymanov
Yarım-orta çəki. Həqiqət İldırımova — Gözəl Zutova
Yüngül çəki. Xəzər Rüstəmov — Ramin Sultanov
Ağır çəki. Tural Azayev — Məhəmməd Müqəddəsi
Qeyd edək ki, turnir oktyabrın 9-u saat 23:00-da «Xəzər» telekanalında videoyazı şəklində göstəriləcək.
Səbuhi Musayev