“Cavidin tabutu gələndə dedim ki, çiynimə qoyun” — Məşhur fotodakı şəhid anası — Video

- Advertisement -
Çoxu oğlunun tabutunu çiynində son mənzilə aparan ananın fotosunu sosial şəbəkələr vasitəsi ilə görsə də, paylaşsa da, onun barəsində məlumata sahib deyildi.
AZXEBER.COM xəbər verir ki, həmin məğrur ananın adı Səkinə Sahratovadır.
Səkinə xanım sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində oğlu Cavid Sahratovu şəhid verib. Gizir rütbəsini daşıyan Cavid tankçı olub. AzTV-yə danışan Yardımlı rayonunun Əsədabad kənd sakini Səkinə Sahratova deyib ki, mən oğlanlarımı Vətən üçün böyütmüşəm, hamısı əsgərliyini çəkib, Vətənə xidmət edib:
«Cavid kimi oğlanlarımızla fəxr edirəm. Onlar hamısı mənim balamdır. Cavidin tabutu gələndə dedim ki, mənim çiynimə qoyun, son mənzilə də çiynimdə aparım”.
Həmin reportajı təqdim edirik:

1605592985 122942064 1860654910758293 2421598286770056247 o

- Advertisement -