"

Кризис добрался и до Зоопарка. ФОТО (az)

Кризис добрался и до Зоопарка. ФОТО (az)
Son aylarda dolların kəskin bahalaşması bir çox sahələrə mənfi təsirini göstərdi. Dollarla alınan, satılan hər şeyin qiymətində artım oldu. 
 
Dollar Zooparkı da "vurdu": “Keçilər saman yeyir, canavarlar sümük gəmirir” -
 
Musavat.com-un əməkdaşı Bakı Zooloji parkında olub və oradakı durumla maraqlanıb. Zoopark illərdir ki, fəaliyyət göstərir və zəngin heyvanlar aləmi ilə izləməyə gələnlərin marağını çəkə bilib. 
 
Lakin dolların bahalaşmasından sonra vəziyyət heç də ürək açan deyil. Əhalinin gəlirlərini itiriməsi səbəbdən Zooparka gələnlərin sayı azalıb. Bu səbəbdən heyvanlara götərilən xidmətin keyfiyyəti də azalıb. Təbii ki, bahalaşma heyvan yemlərinin də qiymətlərinə təsir edib. Lakin bu bahalaşmanın kompensasiya edilməsi üçün çıxış yolu kimi biletlərin qiymətləri qaldırılıb. Kassa qiymətləri əvvəlkinə nisbətən bahalaşıb.
 
Zooparka daxil olmaq üçün girişdə fəaliyyət göstərən kassada biletlərinin satışı həyata keçirilir. Kassada bilet satışını həyata keçirən satıcılarla həmsöhbət olduq. Satıcı biletlərin qiymətində artım olduğunu etiraf etdi: “ Hazırda Zooparka giriş biletlərinin qiymətləri 1 manat, 1 manat 50 qəpik civarındadır. Dollar bahalaşmadan öncə uşaqlar üçün 60 qəpik, böyüklər üçün isə 1 manat idi. İndi isə  2 yaşından 10 yaşadək olan uşaqlar üçün 1manat tələb olunur. 2 yaşdan aşağı olan uşaqlar üçün isə heç bir ödəniş tələb olunmur”.
Bakı Zooloji parkında hər  növdə heyvanlar, ayı, şir, canavar, ilan, bəbir, dəvə, ceyran və sairə mövcuddur. Zooparka heyvanları seyr etməyə gələnlərin əksəriyyəti isə uşaqlardır. Bir-birindən maraqlı, məzəli heyvanları yaxından görmək üçün gələnlər heç də məmnun görünmürdülər. Devalvasiya sanki heyvanların da əhvalına təsir etmişdi. Bu səbəbdən də seyr etməyə gələnlər arasında razı qalmayanlarda var idi. 
 
Zooparka nəvəsi ilə gəzintiyə gələn Alış adlı şəxs zooparkın vəziyyətindən danışdı: “İllərdir ki, bu zooparka gəlirəm. Əvvəllər çox maraqlı və əyləncəli gəzinti kimi yadda qalardı. Özüm botanika müəllimi olduğum üçün heyvanların əksəriyyətini yaxşı tanıyıram. İllərdir ki, eyni heyvanları görürük. Bir çoxu qocalıb, ayaqüstə güclə durur. Hansı qəfəsə yaxınlaşırsansa  heyvanlar məzlum -məzlum üzümüzə baxır. Əvvəllər şirə, pələngə, ayıya yaxın getmək olmurdu, az qalırdı ki qəfəsdən çıxıb adamı parçalasın. Amma indi sakitcə durub, küskün halda başlarını yerə qoyurlar”. 
 
Zooparkda müşahidə apardığımız zaman dəhşətli mənzərənin şahidi də olduq. Canavarların olduğu qəfəsdə maraqlı görüntüləri qeyd edə bildik. Canavarların quru sümük üstündə mübarizə apardıqları mənzərə buraya gələnlər üçün də ürəkağrıdan mənzərə oldu. Gözlərindən vəhşət və yırtıcılıq yağan canavar ayaq üstə güclə dayanıb, bəlkə də günlərlə qalan quru sümük gəmirirdi.
 
Keçilərin olduğu qəfəsdə isə heyvanların banan qabığı və saman çöplərini yeməsi onların necə ac olmasının sübutudur. Daha acınacaqlı durum heyvanların daldanacağı üçün olan tövlələrdədir. Demək olar ki, əksər heyvanların yağış və çovğundan qorunmalaları üçün yer yoxdur. 5 dəvə üçün nəzərdə tutulmuş kiçik tövləyə baxmaq zooparkdakı bütün  vəziyyəti göz önünə sərir”. 
 
Xatırladaq ki, bazar günü olduğundan Zooparka nəzarət edən şəxs iş başında deyildi. Bu səbəbdən vəziyyətlə bağlı rəsmi açıqlama almaq mümkün olmadı. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 
 
qaynarimage395189qaynarimage778428qaynarimage126461qaynarimage795123qaynarimage817379qaynarimage338919qaynarimage77 qaynarimage171731 qaynarimage667947qaynarimage730301qaynarimage873850 qaynarimage865975 qaynarimage223483 qaynarimage446295qaynarimage71019 qaynarimage730989 qaynarimage466569 qaynarimage947723qaynarimage478020qaynarimage938697

источник