"

Нефтяник, написавший ‘Arzu, salamat qal’, в тот роковой день стал дедушкой. ВИДЕО

gapp5667f61999a1c5.37900940

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğında itkin düşən neftçilərdən biri də İman Qasımovdur.

“Arzu, salamat qal” yazan neftçi həmin gün baba olubmuş —  VİDEO

Ölkə.Az xəbər verir ki, İman Qasımov 32 il neft mühəndisi vəzifəsində çalışıb. 4 övladı var. Hadisə baş verən onun hamilə övladının təzyiqi qalxıb və həkimlərin məsləhəti ilə uşaq vaxtından əvvəl dünyaya gəlib. İman Qasımov da məhz dənizin onu udduğu gün baba olub.

Qeyd edək ki, daha əvvəl mətbuatda İman Qasımovun həyat yoldaşı Arzu xanıma yazdığı “Arzu, salamat qal. Mən getdim, uşaqlara böyüklük et” mesajı yayılmışdı.

Lider TV-nin neftçinin ailəsindən hazırladığı reportajı təqdim edirik: