Невероятные родственные связи известных людей в Азербайджане

Ta qədimdən sənət adamları arasında yaxın qohumluq əlaqələri olub. 

Bəzən hətta bu şəxsi münasibətlərə də təsir edib. Məsələn, söz sahibi olan hansısa yazıçının oğlunun sıradan bir yazarın qızıyla ailə həyatı qurması ikinci üçün əməlli-başlı fəxr imiş. Yaxud məşhur dövlət adamıyla qohum olmaq hər adama nəsib olmazmış. Elə indinin özündə də belədir. Ölkə.az maraqlı olduğunu və ilk yazının müsbət qarşılandığını nəzərə alıb məşhurlarımızın qohumluq əlaqələri barədə ikinci yazını təqdim edir. 

Baş nazirin müavini, yazıçı Elçin Əfəndiyevlə tanınmış alim Vasim Məmmədəliyev bacanaqdırlar. Belə ki, hər ikisi tanınmış şair Teymur Elçinin kürəkənləridir.

Xalq şairi Vaqif Səmədoğlu əfsanəvi bəstəkar Qara Qarayevin kürəkəni olub.

Şair Musa Yaqubun nəvəsi ilə həmkarı Ramiz Rövşənin qardaşı qızı nişanlanıblar.

Mərhum muğam ustadı Hacıbaba Hüseynov həmkarı Sara Qədimova ilə qohum idi. Belə ki, Hüseynov Qədimovanın bacısıyla evlənmişdi.

Səməd Vurğun Abdulla Şaiqin baldızı Xavər Vəkilovanı almışdı. Yəni qısaca desək, bu iki şair də bacanaq olublar.

Xalq şairi Məmməd Arazın qızı, publisist-jurnalist İradə Tuncay millət vəkili, yazıçı-jurnalist Aqil Abbasla evlidir.

ADR-in banisi Məhəmməd Əmin Rəsulzadə ilə yazıçı Seyid Hüseyn yeznə qayın olublar. Rəsuzadə yazıçının bacısı ilə ailə qurub. Maraq üçün qeyd edək ki, Rəsulzadənin birinci evliliyi Ümbülbanu Rəsulzadə ilə (Seyid Hüseynin bacısı), ikinci evliliyi Vanda (Leyla) Rəsulzadə ilə olub.

AMEA prezidenti Akif Əlizadənin babası Şeyxülislam Molla Ağa Əlizadə Mirmövsüm Ağanın bacısını alıbmış.

Məşhur diktor Aydın Qaradağlı C.Cabbarlının qardaşı qızı Gültəkinlə evli idi. Xatırladaq ki, tanınmış diktor Aygül Qaradağlı və ATV-nin hazırki prezidenti Vüqar Qaradağlı bu cütlüyün övladlarıdır.

Şair Adil Babayevin oğlu, ATV-nin vitse-prezidenti Etibar Babayev isə şair Gəray Fəzlinin kürəkənidir.

Səməd Vurğunla Rəşid Behbudov dayıoğlu-bibioğludur. Hər halda bu fakt yəqin ki, çoxları üçün gözlənilməz olacaq. Əldə etdiyimiz məlumata görə, Behbudovun anası qazaxlıymış.

Seyid Hüseynin oğlu Oqtay Sadıqzadə həmkarı, xalq rəssamı Elmira Şahtaxtinskaya ilə evli olub. Qeyd edək ki, Elmira xanım 1996-cı ildə 65 yaşında Moskvada vəfat edib.

Yazıçı Mircəlalın nəvəsi Mehriban Əliyeva mərhum prezident Heydər Əliyevin oğlu, Azərbaycan prezidenti İlham Əliyevin həyat yoldaşıdır.

Bəstəkar Cahangir Cahangirovla xalq artisti Yalçın Rzazadə də qohumdur. Rzazadənin həyat yoldaşı Cahangirovun bacısıdır.

Üzeyir Hacıbəyovla Müslüm Maqomayev bacanaqdırlar. Bəzi mənbələrdə qeyd olunana görə, hər iki sənətkar Terequlova (bəzi mənbələrə görə bu bacılar tatardılar, yaxud acar millətindəndirlər) bacılarını alıblar. Hacıbəyoc 1910-cu ildə ixtisasca rus dili müəlliməsi olan Məleykə Terequlova ilə ailə qurub. Digər bacı Maqomayevin həyat yoldaşı olub. Üçüncü bacıyla isə balakənlə Həmzətbəy Xəlilov ailəli imiş. Bir maraqlı faktı da qeyd edək ki, 1910-cu ildə Üzeyir bəy Qori Seminariyasında təhsil alırmış. Bu barədə professor Rafael Hüseynovun «Vaxtdan uca» kitabında ətraflı qeyd olunub.

Xalq artisti, tarzən Ağasəlim Abdullayevlə məşhur tarzən Xalıqla yeznə-qayındırlar.

Xalq artisti Fikrət Verdiyev Xan Şuşinskinin kürəkənidir.

Muğam mərkəzinin direktoru, pianoçu, əməkdar artist Murad Hüseynov isə Fikrət Verdiyevin kürəkənidir. Başqa cür desək, Murad Hüseynov Xan Şuşinskinin nəvəsini alıb.

Akademik Kamal Abdulla ilə mərhum akademik Ağamusa Axundov yeznə-qayındırlar.

Xalq şairi Cabir Novruzla xalq artisti Əliabbas Qədirov qudadırlar.

Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə tarzən, xalq artisti Həbib Bayramovun bacısı ilə evlənib.

Xalq yazıçısı Mirzə İbrahimov məşhur tarzən Qurban Primovun kürəkəniydi.

AMEA-nın prezidenti Akif Əlizadə ilə 101 yaşlı akademik İsmayıl İbrahimov qudadır.

Xalq şairi Nəbi Xəzrinin qızını yazıçı Seyfəddin Dağlının oğlu Bəhlul (həm də Cəfər Cabbarlının nəvəsi) alıb. Qeyd edək ki, Cəfər Cabbarlının qızı Gülarə Cabbarova həm də atasının ev muzeyinə rəhbərlik edir.

Xalq artisti Səyavuş Aslan Rıza Əfqanlının qızı Ofeliya ilə ailəli idi. Qeyd edək ki, Rza Əfqanlı tanınmış rəssam Maral Rəhmanzadə ilə ailəli olub.

Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla xanım isə mərhum sənətkar, xalq artisti Səyavuş Aslanın xalası qızıdır.

Şair, professor Vüqar Əhmədlə tanınmış müğənni İzzət Bağırov yeznə-qayındırlar. Belə ki, şair müğənninin bacısı ilə ailəlidir.

источник