Şəxsi avtomobildə və ofislərdə maskadan istifadə etmək mütləqdir? — RƏSMİ AÇIQLAMA

Sabahdan başlayaraq ölkədə sərt karantin rejiminə nəzarəti gücləndirmək üçün polis gücləndirilmiş iş rejiminə keçir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov BAKU.WS-ə açıqlamasında bildirib.

“Artıq cənab nazirin əmri ilə sabahdan etibarən polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimi xidmətinə keçir.

Sərt karantin rejiminə ciddi şəkildə nəzarət olunacaq. Sabahdan küçələrdə, yollarda, eləcə də avtobus dayanacaqlarında tibbi maskalardan mütləq istifadə edilməlidir”, — deyə qurum rəsmisi bildirib.

Ehsan Zahidov xüsusi olaraq onu da bildirib ki, ofislərdə və şəxsi avtomobillərdə də maskadan istifadə etmək mütləqdir.

“Bütün açıq və qapalı yerlərdə, ictimai ərazilərdə tibbi maska taxılmalıdır. Eyni zamanda sürücü şəxsi avtomobilində olarkən də mütləq şəkildə tibbi maska taxmalıdır. Ofislərdə də maska taxmaq mütləqdir. Məsələn, mən indi ofisdə tək oturmuşam, ağzımda maska var”.

Polis polkovniki onu da vurğulayıb ki, vətəndaşlar maskaları düzgün şəkildə taxmalıdırlar:

“Maskanı düzgün taxmayanlar da cərimələnəcək. Yalandan çənə altına, ağıza yox, burun və ağız hissə maska ilə örtülməlidir”.

Пашинян склонил голову перед жертвами «Кровавого Января» в Баку — ФОТО

Телеграм-канал Armvoice поделился статьей премьер-министра Армении Никола Пашиняна в газете "Молорак", в которой он, будучи журналистом, писал о том, что склоняет голову перед погибшими...

Оперштаб обнародовал сводки на 20 января

Коронавирус в Азербайджане Оперштаб обнародовал сводки на 20 января: За сутки: Выявлено – 332 Выздоровели - 897 Протестировано - 7 991 Скончались - 12 Общее количество зараженных – 228 028 Выписаны...

SOCAR продавать не будут

«Азербайджан не планирует продавать свои доли в крупных государственных компаниях, в том числа и в SOCAR». Об этом в интервью агентству Bloomberg заявил министр экономики...