"

Снят с должности генерал Хилал Асадов (az)

gapp56680340e24f49.72891108

7314

Milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədovun vəzifəsindən azad edilməsi ilə bağlı növbəti dəfə xəbər yayılıb. MTN-də gedən həbslər ərəfəsində onun vəzifəsindən azad olunması ilə bağlı yayılan xəbərlər təkzib olunurdu. Medianews.az-ın yaydığı məlumatda isə bildirilir ki, H.Əsədov artıq vəzifəsindən kənarlaşdırılıb.
Xatırladaq ki, Prezidenti İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Mürvətova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev saxlanılıblar. Monitorinq Mərkəzi isə möhürlənib.
MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildiriblər ki, H. Əsədovun işdən çıxarılması haqda onlarda məlumat yoxdur.

источник