Topçu Vüsaldan fotosunun içki şüşəsinə vurulmasına REAKSİYA

61 12 9 472 576 2 720x 43

Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərəmovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Əsgərin atası İslam Şahkərəmov bu barədə «Ölkə.Az»a bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib:

«Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm.

Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm».

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vətən müharibəsinin əsas simalarından hesab edilir.

1606732538 2020 11 30 12 51