"

В Азербайджане хлеб не подорожал. Изменился вес хлеба. Расследование (az)

gapp567bddcec0b673.97437665

Azərbaycan manatının üzən məzənnəyə keçməsindən sonra ölkəyə xaricdən gətirilən əksər məhsulların qiymətində artım müşahidə olunur. Ölkə bazarında unun qiymətinin artması çörəyin qiymətinə təsir etməsə də, çəkisinin kəskin azalması ilə nəticələnib. Lakin bəzi çörək istehsalçıları çörəyin çəkisində azalma, qiymətində isə artımın olmadığını bildirib. «Report»un apardığı araşdırma zamanı məlum olub ki, çörək bağlamalarında göstərilən çəki ilə xalis çəkisi arasında 70 qramdan 120 qrama qədər fərq var.

fd48e2d0 f572 4c2e 9646 d7b2b421aabe

«Sərham» MMC çörək zavodunun baş meneceri Rövşən Bəşirov «Report»a bildirib ki, hazırda zavodun istehsal etdiyi çörəyin çəkisi 600 qramdır: «Artıq dekabrın 23-dən başlayaraq «Sərham» MMC çörək zavodunun istehsal etdiyi çörəyin çəkisi 70 qram azaldılıb. Əvvəllər 670 qram ölan çörəyin çəkisi 600 qram olub. Bu da ölkə bazarında unun qiymətinin artması ilə əlaqədardır». 

Gilan Holdinq №1 çörək zavodunun satış departamentinin müdiri Ramin Qədirov isə «Report»a bildirib ki, zavodun istehsal etdiyi çörəyin nə çəkisi, nə də qiyməti dəyişməyib: «Çörəyin çəkisinin və qiymətinin dəyişdirilməsi ilə bağlı rəhbərlik tərəfindən heç bir göstəriş verilməyib. Zavodun istehsal etdiyi 700 qramlıq çörəyin qiyməti 40 qəpik, 500 qramlıq çörəyin qiyməti isə marketlərdə 30 qəpiyə satılır. Ölkədə buğdanın və unun qiymətinin qalxması rəsmi şəkildə elan olunandan sonra ola bilsin ki, hər hansı dəyişiklik olsun».

Lakin aparılan araşdırma əksər çörək zavodlarının istehsal etdiyi çörəklərdə çəkinin azalmasını nümayiş etdirib.

Qeyd edək ki, hazırda marketlərdə çörəyin qiyməti unun keyfiyyətindən, tərkibindən, qablaşdırmadan, çəkidən asılı olaraq dəyişir. Məsələn, “zavod çörəyi” 30-40 qəpik, “kərpic çörək” 40-80 qəpik, pəhriz çörəyi 40 qəpik — 1 manat, təndir çörəyi 50-80 qəpik, “ləzgi çörəyi” 1 manat, kəpəkli çörək 40-80 qəpik, tam buğda çörəyi 60 qəpik, tam çovdar çörəyi 60-80 qəpiyədir. 

«Report» marketlərdə satılan əksər çörəklərin göstərilən və faktiki çəkisini araşdırıb:

S/SAdıGöstərilən çəki

Faktiki çəkiMarketlərdə satılan qiymət (AZN)
1.«NUR» Çörək Zavodu680 qr560 qr0.40
2.T.Günəşli Çörək Zavodu680 qr570 qr0.40
3.Ucal Çörək Zavodu680 qr590 qr0.40
4.Binə Çörək Zavodu650 qr575 qr0.40
5.Gilan Holdinq №1 çörək700 qr700 qr0.40
6.Gilan Holdinq №1 çörək500 qr495 qr0.30
7.«Sərham» MMC (Bakıxanov) çörək600 qr600 qr0.40
8.Əhmədli Çörək Zavodu670 qr540 qr0.40

387ad2c9 fef2 4fe8 87cb 2f736995fb6a

a9113473 1d50 44d5 bb32 c33ee331b238

57a8b356 683f 4dae b2ea c49ca5eb3b07

5e9b1e57 ff0f 4c72 bc38 7a09d893e51b

источник