Xocavənd və Ağdərə ilə bağlı hamını maraqlandıran suallara aydınlıq gətirildi

«Cənab prezident xalqa müraciətində yarana biləcək bütün suallara cavab verdi. O ki qaldı Xocavənd və Ağdərə məsələsinə, Dağlıq Qarabağ sərhədi boyu bütün ərazilər Azərbaycana qaytarılır. Qarabağda sülh prosesi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülhməramlı qüvvələrin iştirakı ilə həyata keçiriləcək».

Azerforum.com BAKU.WS-a istinadən xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov BAKU.TV-yə açıqlamasında deyib. O bildirib ki, Dağlıq Qarabağın yerli sakinlərinin bu bölgəyə qayıtmasına şərait yaradılacaq və təhlükəsizliyinə təminat veriləcək:  

«Düşünürəm ki, bu proses zamanı neytral bir qüvvə olmalıdır. Beynəlxalq praktikada da bu var. Azərbaycanın emosionallığını bilirik. Azərbaycanda bir çox ailələr şəhidlər verib. Psixoloji gərginlik nəzərə alınır. Hələlik 5 il müddətində çox məsələr həll olunacaq. Ermənilər öz təqsirlərini boyunlarına alacaq. Azərbaycan vətəndaşı harada olur olsun başını dik tutacaq. Qalib ölkənin vətəndaşı olacağıq.

Naxçıvanla kommunikasiya əlaqələrimiz qurulacaq və buna da sülhməramlı qüvvələr nəzarət edəcək. Qarşıya qoyulan 9 şərt Azərbaycanın marağına uyğun olaraq qəbul edilib. Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Cənab prezident bildirdi ki, Dağlıq Qarabağın statusundan ümumiyyətlə söhbət getmir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində digər rayonları kimi öz fəaliyyətini davam etdirəcək və sakinlər də orada yaşayacaq.

Bütün şərtləri Ermənistan tərəfi qəbul etdi. Rusiyanın Ermənistan üzərindəki təsirini bilirik. Koordinasiya mərkəzində sülhməramlı qüvvələrdə Türkiyə də iştirak edəcək. Prezidentin səyi nəticəsində Azərbaycan nəyi istədisə, ona da nail oldu».

 

Любимые и не очень женщины Ван Гога

«Любовь к искусству уничтожает подлинную любовь», — писал голландский художник Винсент Ван Гог своему младшему брату Тео. Братья Ван Гоги были близки с самого...

Армения: железная дорога в обмен… на что?

На фоне бушующего в Армении внутриполитического кризиса местные СМИ распространили небезынтересные результаты опроса общественно мнения. Согласно данным, приведенным руководителем армянского представительства «GALLUP International Association»...

Чавушоглу почтил память шехидов 20 Января: Гвоздики цветут вместе с хары бюльбюль — ФОТО

20 января министр иностранных дел Турции Мевлют Чавушоглу разместил в своем Twitter-аккаунте публикацию по случаю 31-й годовщины событий "Черного Января". "С глубоким уважением чту память...