10 ədədi 7 manata satılır – Yumurtanın ən baha və ucuz olduğu ölkələr bilindi

· 1 mənbə

Rusiya yumurtanın əlçatanlığına görə "Böyük iyirmilik" (G20) ölkələri arasında ilk üçlüyə daxil olub.

Publika.az xəbər verir ki, bu barədə RİA Novosti xəbər yayıb. Nəşr açıq məlumatlara istinad edib.

Araşdırmaya əsasən, insanlar 10 ədədlik yumurta qablaşdırmasını ən ucuz qiymətə Hindistan, Rusiya və İndoneziyada ala bilirlər. Hindistanda bu məhsul orta hesabla 0,79 dollara (təxminən 1,34 manat) başa gəlir. Rusiya Federal Dövlət Statistika Xidmətinin məlumatına görə isə ölkədə 10 ədəd yumurta bağlamasını 1,2 dollara (təxminən 2,04 manat) almaq olar. İndoneziya sakinləri isə bu məhsulu 1,24 dollara (təxminən 2,11 manat) əldə edirlər.

G20 ölkələri arasında ilk beşliyə Çin və Braziliya da daxil olub. Bu ölkələrdə 10 ədədli standart yumurta bağlaması müvafiq olaraq orta hesabla 1,33 dollara (təxminən 2,26 manat) və 1,65 dollara (təxminən 2,80 manat) satılır.

Yumurtanın ən baha olduğu ölkə isə Danimarkadır. Burada 10 ədəd yumurtanın qiyməti 4,13 dollar (təxminən 7,02 manat) təşkil edir. Danimarka G20 üzvləri arasında məlum yumurta qablaşdırmasının dörd dollardan baha satıldığı yeganə ölkədir. Avstraliya, Niderland, Fransa, ABŞ və bir sıra digər dövlətlərdə isə 10 ədəd yumurtanın qiyməti 3 dollardan (təxminən 5,10 manat) yüksəkdir.

Müəllif: Tural

Mənbə: Publika.az · 29.11.2026, 10:42 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu