Dünya bazarında neftin qiyməti aşağı düşüb
· 1 mənbə
Dünya birjalarında xam neftin qiymətində ucuzlaşma qeydə alınıb.
BAKU.WS-in məlumatına görə, Londonun ICE birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,83 dollar azalaraq 90,84 dollara enib.
Nyu-Yorkun NYMEX birjasında isə "Light" markalı neft 0,6 dollar ucuzlaşıb. Nəticədə bir barelin qiyməti 83,08 dollar təşkil edib.
Mənbə: Baku.ws · 29.11.2026, 09:56 · orijinal məqalə