102-yə müraciətlərin banklara ötürülməsi avtomatlaşdırılacaq
· 3 mənbə
Azərbaycan Mərkəzi Bankı (AMB) Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə edilən müraciətlərin banklara ötürülməsini avtomatlaşdıracaq.
"Report" xəbər verir ki, bunu AMB-nin Rəqəmsal fırıldaqçılığın qarşısının alınması və monitorinqi şöbəsinin rəhbəri Elvin Cuvarov Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum, Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, banklar və bəzi elektron pul təşkilatları arasında işçi qrupu fəaliyyət göstərir: "Bu istiqamətdə ilin sonuna qədər məlumat mübadiləsi prosesinin müəyyən qədər avtomatlaşdırılmasını və təkmilləşdirilməsini planlaşdırırıq. Hazırda vətəndaşların 102-yə etdiyi müraciətlər bizə və banklara yarımmanual, yarıavtomatik formada ötürülür. Bu prosesi tam avtomatlaşdırmaq istəyirik. Bu, məlumatların seqreqasiyası, hesabatların qarşılıqlı yoxlanılması (kross-çek) və digər məsələlər baxımından işimizi xeyli asanlaşdıracaq".
Mənbə: Report · 25.11.2026, 10:35 · orijinal məqalə