1100-dən çox Gürcüstan vətəndaşı Azərbaycanda ali təhsil alır - Nazir

· 1 mənbə

Bakı.Trend:

1100-dən çox gürcüstan vətəndaşı Azərbaycan universitetlərində təhsil alır.

Trend-in müxbiri xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, hər iki ölkədə gənclər düşərgəsi formalaşır.

“Bütün bunlar sıx əməkdaşlığın bariz nümunələridir. Bu gün müxtəlif sahələrdə olan əməkdaşlığımızdan söhbət etdik”, - deyə nazir qeyd edib.

Mənbə: Trend · 24.11.2026, 18:44 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu